Bakı. Trend:
Türkiyə Ali Seçki Komissiyası referendumun nəticələrinin ləğvi üçün müxalifət partiyalarının müraciətini rədd edib.
Trend-in məlumatına görə, qərar komissiyanın bugünki iclasında qəbul olunub.
İclasda komissiyanın 10 üzvü qərarın lehinə, bir nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, Türkiyədə aprelin 16-da konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirilib. 51,33 faiz seçici dəyişikliklərin lehinə səs verib.