...

Tramp Çin lideri barədə: "Yaxşı oğlandır"

Dünya xəbərləri Materials 12 May 2017 09:53 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib. Trend-in məlumatına görə, bu barədə o, özü "The Economist" jurnalına müsahibəsində deyib.

Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".

Çin lideri ilə görüşlərinin bu təfərrüatlarını verən ABŞ lideri sonunda Si Tszinpin barəsində deyib: "Həqiqətən, yaxşı oğlandır".

Xəbər lenti

Xəbər lenti