Bakı. Trend:
Qətər hakimiyyəti QNA Qətər xəbərlər agentliyinin saytının naməlum təşkilat tərəfindən sındırıldığı haqda məlumat verib.
Trend-in RİA Novost-yə istinadən verdiyi məlumata görə, bu haqda Frans Press agentliyi xəbər verir.
Hadisə ilə bağlı hökumətin mətbuat xidməti bəyanat yayıb: "Qətər xəbərlər agentliyinin saytı naməlum təşkilat tərəfindən dağıdılıb", - agentliyinin çıxarır.
Qeyd edək ki, saytı ələ keçirən xakerlər orada Qətər əmirinin nitqini dəyişdiriblər.
Bildirilir ki, insidentin araşdırılmasına başlanacaq.