Bakı. Trend:
Meksikanın Verakruz ştatında başı kəsilmiş beş nəfərin meyiti tapılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ştatın polisi xəbər verir.
Hakimiyyət orqanlarının məlumatına görə, dəhşətli tapıntı Rodrigesin-Klara və Nopaltepek bələdiyyələri arasında olan yolda tapılıb. Hadisə yerində "Xalisko - Yeni nəsil" narkokarteli tərəfindən qoyulmuş "narkoismarıc" tapılıb.