Bakı. Trend:
Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı azı 20 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, xəsarət alanlardan 16 gözyaşardıcı qazdan zəhərlənib.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.
"Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının hesablamalarına görə, etiraz aksiyaları zamanı 1,6 min insan saxlanılıb, 30 nəfər isə həlak olub.