Bakı. Trend:
Meksikanın Herrero ştatının San-Pedro-Kakauatepek şəhərində bir qrup sulahlılar yerli sakinlərin evinə hücum ediblər və sonra yandırıblar.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 6 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Qeyd edək ki, Herrero Meksikanın ən təhlükəli ştatlarından biri sayılır. Bu ştatda ABŞ-a narkotik satışı üzərində nəzarət uğrunda silahlı qruplaşmalar mübarizə aparırlar.