Bakı. Trend:
Portuqaliyanın Terseyra adasında öküz onu planşetin kamerası ilə çəkən bir kişini yaralayıb.
Trend-in məlumatına görə, heyvanı əlində yaşıl rəngli parça tutan oğlan əsəbiləşdirib. O öküzdən canını qurtaranda isə heyvan diqqətini onu kameraya çəkən kişiyə yönəldib və buynuzları ilə ona bir neçə zərbə endirib.
Xəsarət alan şəxsin həyati təhlükəsi yoxdur.