Bakı. Trend:
Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbəb olub. Trend-in məlumatına görə, İspaniyada iki nəfər günvurma nəticəsində həyatını itirib.
Bundan başqa, Kataloniya regionunda 150-yə yaxın adam xəstəxanaya müraciət edib.
Qeyd olunur ki, İspaniyanın 22 əyalətində temperatur 40 dərəcədən artıqdır.
Yerli meteoroloqların proqnozuna görə, bu cür temperaturun yaxın günlərdə davam edəcək.