...

İranda hərbi bazada atışma: 3 hərbçi ölüb

Dünya xəbərləri Materials 6 Avqust 2017 18:56 (UTC +04:00)
İranın Tehran əyalətinin cənubunda hərbçi təyyarə bazasında digər əsgərlərə atəş açıb, azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb
İranda hərbi bazada atışma: 3 hərbçi ölüb

Bakı. Trend:

İranın Tehran əyalətinin cənubunda hərbçi təyyarə bazasında digər əsgərlərə atəş açıb, azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Mehr agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, atışma Kəhrizək şəhərində baş verib. Həlak olanlardan biri zabit olub, digər ikisi sıravi. Hərbçilər cavab atəşi açıblar, nəticədə hücum edən şəxs öldürülüb.

Hücum səbəbləri və hadisənin təfərrüatları hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti