...

Tillerson: ABŞ Rusiya ilə işləmək istəyir

Dünya xəbərləri Materials 7 Avqust 2017 09:10 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə işləmək istəyir
Tillerson: ABŞ Rusiya ilə işləmək istəyir

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə işləmək istəyir və iki ölkə arasındakı fikir ayrılıqlarına görə, əlaqələri kəsmək mənasızdır.

Trend-in məlumatına görə, o, bunu avqustun 6-da Manilada rusiyalı həmkarı Sergey Lavrovla görüşünü şərh edərkən deyib. O, əlavə edib ki, Rusiya da vəziyyəti müzakirə etməyə və Ukrayna ilə bağlı məsələdə irəliləyişə doğru yol tapmağa hazır olduğunu bildirib.

R.Tillersonun sözlərinə görə, o, ABŞ-ın Rusiya ilə münasibətlərini praqmatik görür və problemlər həll oluna bilər.

Xəbər lenti

Xəbər lenti