...

Çində mədənlərin işi dayandırılacaq - Dəvələrə görə

Dünya xəbərləri Materials 11 Avqust 2017 20:29 (UTC +04:00)
Çin hökuməti ölkədə nəsli kəsilməkdə olan ikihürgüclü dəvələrin qorunması məqsədilə Sintzyan-Uyğur muxtar rayonunda 145 qızıl və dəmir filiz mədənlərini bağlamaq qərarına gəlib.
Çində mədənlərin işi dayandırılacaq - Dəvələrə görə

Bakı. Trend:

Çin hökuməti ölkədə nəsli kəsilməkdə olan ikihürgüclü dəvələrin qorunması məqsədilə Sintzyan-Uyğur muxtar rayonunda 145 qızıl və dəmir filiz mədənlərini bağlamaq qərarına gəlib.

Trend-in məlumatına görə, artıq 130 mədən fəaliyyətini dayandırıb.

Daha 15 mədən isə lisenziya müddəti başa çatdıqdan sonra fəaliyyətini dayandıracaq.

Çin hökuməti 2020-ci ilədək Lobnor təbii qoruğunda bütün hasilat işlərini dayandırmağı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti