...

İraqın şimalında 3 PKK terrorşusu məhv edilib

Dünya xəbərləri Materials 12 Avqust 2017 00:04 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri İraqın Avaşin-Basyan rayonunda PKK terrorçularının mövqelərinə hava zərbələri endiriblər
İraqın şimalında 3 PKK terrorşusu məhv edilib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri İraqın Avaşin-Basyan rayonunda PKK terrorçularının mövqelərinə hava zərbələri endiriblər.

Trend-in Türkiyə Silahlı Qüvvələri baş qərargahına istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Məlumata əsasən, bundan əlavə terrorçuların silah və hərbi sursatlar anbarlarıda məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti