...

Çində zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb

Dünya xəbərləri Materials 13 Avqust 2017 12:24 (UTC +04:00)
Çinin Sıçuan əyalətində baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 493 nəfər xəsarət alıb
Çində zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb

Bakı. Trend:

Çinin Sıçuan əyalətində baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 493 nəfər xəsarət alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, həlak olan 25 nəfərin 21-nin kimliyi məlum olub, 4 nəfərin isə kimliyi araşdırılır.

Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ Çinin Sıçuan əyalətində avqustun 8-i yerli vaxtla saat 21:19-da baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti