...

Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində 49 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Avqust 2017 19:54 (UTC +04:00)
Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb
Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində 49 nəfər ölüb

Bakı. Trend:

Nepalda daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər nazirinin köməkçisi Lakşmi Pun deyib.

Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

Məlumata əsasən, daşqınlar və torpaq sürüşməsi səbəbindən 5 min insan təxliyə edilib, 34 min ev su altında qalıb, 17 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti