...

Pakistanda sərhədçilərə hücum - 7 ölü

Dünya xəbərləri Materials 15 Avqust 2017 13:54 (UTC +04:00)
Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub.
Pakistanda sərhədçilərə hücum - 7 ölü

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub.

Trend-in məlumatına görə, hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.

Pancqur bölgəsində isə atışma zamanı bir sərhədçi həlak olub, iki nəfər yaralanıb. Hadisələrlə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti