Almaniyada kütləvi təxliyə - Bomba tapıldı

Dünya xəbərləri Xəbər 17 Avqust 2017 05:13 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Hildeshaym şəhərində 10 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Trend-in məlumatına görə, kütləvi təxliyəyə səbəb ərazidə İkinci Dünya Müharibəsinə aid bombanın tapılması olub.

Bomba şəhərin mərkəzində aparılan tikinti işləri zamanı tapılıb. Bomba zərərsizləşdirilənə qədər 1 kilometr radiusda bomba yerləşən əraziyə giriş qadağan olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti