...

Seneqal fikrini dəyişdi: Səfiri Dohaya göndərir

Dünya xəbərləri Materials 22 Avqust 2017 15:48 (UTC +04:00)

Bakı. Trend:

Seneqal hakimiyyəti səfirini Dohaya qaytarmaq barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, Seneqal səfiri 2 ay əvvəl Qətərlə bağlı siyasi böhranın həllinə dəstək məqsədilə geri çağırılmışdı.

XİN-in bəyanatında deyilir ki, rəsmi Dakar bu addımı ilə böhranın dinc yolla həllinə tərəfdar olduğunu göstərir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti