...

Türkiyədə İŞİD komandirlərindən biri həbs edilib

Dünya xəbərləri Materials 26 Avqust 2017 18:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Eskişəhər məhkəməsi İŞİD terror qruplaşmasının saxlanılan komandirlərindən biri barəsində həbs qərarı verib.

Trend-in "Hürriyet"ə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən anti-terror əməliyyatı zamanı saxlanılıb.

Məlumata əsasən, həbs edilən şəxs Türkiyəyə İraqdan gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti