Bakı. Trend:
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 230 nəfər çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puento öz "Twitter" səhifəsində yazıb.
O, bildirib: "Mexikoda ölənlərin sayı 100 nəfərə çatıb. Cəmi - 230 nəfər həlak olub".
Qeyd edək ki, 7,2 bal gücündə olan zəlzələ çərşənbə axşamı yerli vaxtla saat 18:14-də baş verib.