...

Çində 2 ev yanıb: 11 ölü

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 05:32 (UTC +04:00)
Çinin Tjeçzan əyalətində Yuhuan şəhərində 2 ev yanıb, 11 nəfər həlak olub, 12 nəfər yaralanıb
Çində 2 ev yanıb: 11 ölü

Bakı. Trend:

Çinin Tjeçzan əyalətində Yuhuan şəhərində 2 ev yanıb, 11 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxuya xəbər agentliyi xəbər verib.

Yanğın yerli vaxtla saat 00:13-də baş verib. Yanğın 150 kvadrat metr ərazini əhatə edib. Hazırda yanğın söndürülüb, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

İnsident nəticəsində 2 nəfər ağır yaralanıb, onlar şəhər xəstəxanasına yerləşdirilib, 10 nəfər isə yüngül xəsarət alıb.

Yanğının səbəbi məlum deyil, hüquq-mühafizə orqanları istintaqa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti