...

Dünyanın 10 ən yaxşı muzeyi - SİYAHI

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 23:00 (UTC +04:00)
Nyu-Yorkda yerləşən “Metropoliten-muzey” dünyanın ən yaxşı muzeyi hesab olunub.
Dünyanın 10 ən yaxşı muzeyi - SİYAHI

Bakı. Trend:

Nyu-Yorkda yerləşən “Metropoliten-muzey” dünyanın ən yaxşı muzeyi hesab olunub.

Trend-in məlumatına görə, bu “TripAdvisor” saytının reytinqinə əsasən müəyyənləşdirilib.

İkinci yerdə ABŞ-dakı digər muzey, Yeni Orleanda İkinci dünya müharibəsi Milli Muzeyi qərarlaşıb.

İlk üçlüyü Parisdəki “Orse” muzeyi tamamlayır. Çikaqonun İncəsənət İnstitutunun muzeyi dördüncü, Sankt-Peterburqdakı “Ermitaj” muzeyi beşinci yerdə qərarlaşıb.

Reytinqdə ilk onluqda Nyu-Yorkda 11 sentyabr muzeyi, Madriddə “Prado” muzeyi və Londondakı Viktoriya və Albert muzeyi, Mexikonun Milli Antropologiya muzeyi və Afinada Akropol muzeyi yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti