...

Türkiyə təyyarələrdə təhlükəsizliyi gücləndirir

Dünya xəbərləri Materials 9 Oktyabr 2017 22:25 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin avianəqliyyat strukturunda bəzi aviareyslərin Daxili İşlər Nazirliyinin silahlı əməkdaşları tərəfindən müşayiət olunmasını nəzərdə tutan yeni təhlükəsizlik sisteminin tətbiqi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə qanunvericiliyi təyyarədə hər hansı bir silahlı şəxsin olmasına icazə vermir.

Nazir qeyd edib ki, bu təcrübə bir neçə ölkədə tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti