Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatların aparılması üçün hazırlıqları başa çatıb.
Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.
Qeyd olunur ki, İdlib şəhərində əməliyyatlar yaxın günlərdə başlaya bilər.
Bu əməliyyatların "Azad Suriya Ordusu" ilə birgə aparılacağı bildirilir.