...

İndoneziyada vulkan püskürdü

Dünya xəbərləri Materials 12 Oktyabr 2017 12:35 (UTC +04:00)
İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürüb.
İndoneziyada vulkan püskürdü

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürüb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında vulkan 2 km hündürlüyə kül püskürüb.

Təbiət hadisəsi nəticəsində zərərçəkən olmayıb. Bəzi yerlərdə təxliyə işləri aparılır.

Vulkanın ötən gün də püskürdüyü bildirilir.

Qeyd edək ki, Sinabunq vulkanı dəniz səviyyəsindən 2460 metr hündürlükdə yerləşir. Son 400 il ərzində ilk dəfə 2010-cu ildə püskürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti