İlk xəbər saat 19:07-da yayımlanıb
Bakı. Trend:
Somalinin paytaxtında baş verən partlayış nəticəsində həlak olanların sayı 40-ə çatıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.
Hadisə nəticəsində yaralanların sayının da artdığı bildirilir.
XXX
Somalinin paytaxtı Moqadişoda partlayış nəticəsində azı 20 nəfər ölüb, daha azı 15 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.
Məlumata görə, şəhərin Hodan rayonunun iri küçələrinin birində partlayıcı qurğu ilə yüklənmiş yük maşını partlayıb. Bundan sonra partlayış rayonunda güllə səsləri eşidilib.