...

Somalidə partlayış qurbanlarının sayı 200-ü keçib

Dünya xəbərləri Materials 15 Oktyabr 2017 20:21 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişuda partlayışlar nəticəsində ölənlərin sayı 231-ə çatıb, daha 275 nəfər xəsarət alıb.
Somalidə partlayış qurbanlarının sayı 200-ü keçib

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişuda partlayışlar nəticəsində ölənlərin sayı 231-ə çatıb, daha 275 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Daha öncə 189 nəfərin öldüyü bildirilirdi.

Partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb. Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib

Ölkə prezidenti hadisə ilə əlaqədar 3 günlük matəm elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti