Bakı. Trend:
Dubay polisi şəhərdə 6 ədəd “ağıllı skamya” quraşdırıb.
Trend-in məlumatına görə, bu skamyalar Günəş enerjisi ilə işləyir.
“Ağıllı skamya”lar elektron qurğular üçün iki USB girişlərlə və “Wi-Fi” routerlə təchiz olunub.
Bu skamyalar qaranlıqda işıqlanır, çox isti havada isə sərinləndirilir.
Dubay polisi “Ağıllı şəhər” layihəsi çərçivəsində bu cür skamyalardan daha çox quraşdırmağı planlaşdırır.