Bakı. Trend:
Ukraynanın Xarkov şəhərində avtomobil insanların üzərinə sürülüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Məlumata əsasən, hadisənin səbəbləri araşdırılır.