Bakı. Trend:
Şimali Koreyada yeraltı nüvə sınaqları obyekti çöküb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 200 nəfər həlak olub.
Qərb mətbuatı qəzanın Çin sərhədindən 80 kilometr məsafədə, Mantapsan dağlarında qeydə alındığını yazır.
Qeyd olunur ki, hadisə oktyabrın 10-da baş verib.
Hazırda hadisənin təfərrüatları araşdırılır.