...

Livanın baş naziri istefa səbəblərini açıqladı - Sui-qəsd

Dünya xəbərləri Materials 4 Noyabr 2017 16:25 (UTC +04:00)
Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb.
Livanın baş naziri istefa səbəblərini açıqladı - Sui-qəsd

Bakı. Trend:

Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Həriri bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: "Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır".

Qeyd edək ki, Saad Həririnin atası Rafik Həriri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti