...

Səudiyyə Ərəbistanı bütün yolları bağladı - HARA və NİYƏ?

Dünya xəbərləri Materials 6 Noyabr 2017 12:55 (UTC +04:00)
Yəməndən raket atışından sonra Səudiyyə Ərəbistanı bu ölkəyə hava, avtomobil və dəniz yollarını bağlayıb.
Səudiyyə Ərəbistanı bütün yolları bağladı - HARA və NİYƏ?

Bakı. Trend:

Yəməndən raket atışından sonra Səudiyyə Ərəbistanı bu ölkəyə hava, avtomobil və dəniz yollarını bağlayıb.

Trend-in məlumatına görə, bununla belə, humanitar yardımların Yəmənə daxil olmasına icazə veriləcək.

Həmçinin bildirilir ki, yolların bağlanmasında məqsəd İrandan Yəmənə silah göndərilməsinin qarşısını almaqdır.

Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti