...

Meksikada silahlı hücum nəticəsində 4 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Noyabr 2017 00:50 (UTC +04:00)
Meksikanın Quanaxuato ştatında dəfn mərasiminin iştirakçılarına silahlı hücum nəticəsində 4 nəfər həlak olub, azı 6 nəfər yaralanıb
Meksikada silahlı hücum nəticəsində 4 nəfər ölüb

Bakı. Trend:

Meksikanın Quanaxuato ştatında dəfn mərasiminin iştirakçılarına silahlı hücum nəticəsində 4 nəfər həlak olub, azı 6 nəfər yaralanıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda El Universal qəzeti xəbər verib.

Məlumata görə, ölənlər arasında qadın və uşaq var. Hücum edən naməlum silahlı şəxslər hadisə yerindən qaçıblar. Hücumun mümkün səbəbləri barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti