...

Çin "Fenyun-3d" adlı meteoroloji peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 15 Noyabr 2017 06:28 (UTC +04:00)
Çin öz yeni, "Fenyun-3d" adlı meteoroloji peykini orbitə çıxarıb
Çin "Fenyun-3d" adlı meteoroloji peykini orbitə  çıxarıb

Bakı. Trend:

Çin öz yeni, "Fenyun-3d" adlı meteoroloji peykini orbitə çıxarıb.

Trend-in verdiyi məlumata görə, bu barədə "Xinhua" agentliyi xəbər yayıb.

Yeni peyk orbitdə artıq mövcud olan meteoroloji cihazlarıın sayını artıracaq və 2013-ci ilin sentyabrında orbitə çıxarılmış "Fenyun-3с" peyki ilə birlikdə atmosferin vəziyyəti haqqında daha dəqiq məlumatlar almağa imkan verəcək.

Aparat həmçinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərin həllində kömək edəcək.

"Fenyun-3d" peyki "Çançjen" seriyalı daçıyıcı raketlərin sayca 254-cüsü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti