...

İŞİD-dən daha bir partlayış - 18 ölü (YENİLƏNİB 3)

Dünya xəbərləri Materials 16 Noyabr 2017 16:03 (UTC +04:00)
Əfqanıstanda ölümlə nəticələnən partlayış baş verib.
İŞİD-dən daha bir partlayış - 18 ölü (YENİLƏNİB 3)

İlk xəbər saat 13:37-də yayımlanıb

Bakı. Trend:

Əfqanıstanın paytaxt Kabildə restoranın yaxınlığında baş vermiş partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Trend-in məlumatına görə, insident nəticəsində 18 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Ölənlərdən 8 nəfərin polis olduğu bildirilir.

X X X

Kabildə partlayışda ölənlərin sayı 10 nəfərə çatıb.

X X X

Əfqanıstanda ölümlə nəticələnən partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxt Kabildə restoranın yaxınlığında qeydə alınıb.

Partlayış nəticəsində 2 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Ərazi nəzarətə götürülüb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Xəbər lenti

Xəbər lenti