...

Qırğızıstan yeni pul vahidi ilə ilkə imza atdı (FOTO)

Dünya xəbərləri Materials 17 Noyabr 2017 10:02 (UTC +04:00)
Qırğızıstan Milli Bankı ilkə imza ataraq orijinal dizaynda əsginas buraxıb.
Qırğızıstan yeni pul vahidi ilə ilkə imza atdı (FOTO)

Bakı. Trend:

Qırğızıstan Milli Bankı ilkə imza ataraq orijinal dizaynda əsginas buraxıb. Trend-in məlumatına görə, bu pul vahidinin orijinallığı onun dizayn-formasının şaquli olması ilə bağlıdır.

Milli Bankın rəhbəri Kubanıçbek Kulmatov bildirib ki, pul vahidi 2 min som (təxminən 28 dollar) dəyərindədir.

Bank rəhbərinin sözlərinə görə, əsginas müasir standartlara cavab verən yüksək müdafiə səviyyəsinə malikdir.

Qeyd olunur ki, bu orijinal dizaynlı əsginas Qırğızıstanın müstəqilliyinin 25 illiyi münasibətilə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti