Bakı. Trend:
Braziliyanın Kampu-Limpu-Paulista şəhərində polis əməkdaşı qucağında oğlunu saxlayaraq, qarətçiləri məhv edib.
Trend-in məlumatına görə, polis serjantı həyat yoldaşı və uşağı ilə birgə aptekdə alış-veriş edərkən, iki nəfər qarət məqsədi ilə oraya daxil olub.
Polis əməkdaşı, oğlunu qucağında saxlamağa davam edərək, dərhal onlara atəş açıb. Hər iki qarətçi yerində dünyasını dəyişib.