...

Yunanıstanda 45 mühaciri daşıyan gəmi itib

Dünya xəbərləri Materials 23 Noyabr 2017 11:15 (UTC +04:00)
Yunanıstanın Sahil Mühafizə Xidməti Pilos yaxınlığında itmiş gəminin axtarışlarına başlayıb
Yunanıstanda 45 mühaciri daşıyan gəmi itib

Bakı. Trend:

Yunanıstanın Sahil Mühafizə Xidməti Pilos yaxınlığında itmiş gəminin axtarışlarına başlayıb. Trend-in məlumatına görə, ölkə Fövqəladə Xidməti gəmidə 45 mühacirin olması barədə xəbər yayıb.

Yerli KİV-in verdiyi məlumata görə, gəmidəki mühacirlərdən biri telefonla ölkənin "112" fövqəladə xidməti ilə əlaqə saxlayarq gəminin mühərrikinin sıradan çıxması barədə məlumat verib və kömək istəyib.

Hazırda gəminin axtarışlarına Sahil Mühafizə Xidməti ilə yanaşı, hərbi aviasiya da qoşulub.

Xəbər lenti

Xəbər lenti