...

Dubay əmiri 600-dən çox məhbusu əfv edib

Dünya xəbərləri Materials 27 Noyabr 2017 23:28 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl-Məktum 606 məhbusu əfv edib
Dubay əmiri 600-dən çox məhbusu əfv edib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl-Məktum 606 məhbusu əfv edib.

Trend-in məlumatına görə, bu qərar dekabrın 2-də BƏƏ-nin yaranmasının 46-cı ildönümü münasibətilə qəbul edilib.

Həmin gün həmçinin dövlət və özəl şirkətlərin əməkdaşlarına əlavə istirahət günü veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti