...

Gürcü şərabçılığı Ginnesin rekordlar kitabına daxil edilib

Dünya xəbərləri Materials 3 Dekabr 2017 12:21 (UTC +04:00)
Gürcüstan şərabçılığı dünyada ən qədim şərabçılıq kimi Ginnesin rekordlar kitabına daxil edilib.
Gürcü şərabçılığı Ginnesin rekordlar kitabına daxil edilib

Bakı. Trend:

Gürcüstan şərabçılığı dünyada ən qədim şərabçılıq kimi Ginnesin rekordlar kitabına daxil edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd olunur ki, rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.

İçində maye olmuş aşkar olunan iki qədim qabların kimyəvi analizi göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti