...

Dünyanın ilk kriptovalyuta milyarderləri onlar oldu

Dünya xəbərləri Materials 4 Dekabr 2017 14:36 (UTC +04:00)
ABŞ-lı Tayler və Kemeron Uinklvoss ekiz qardaşları dünyanın ilk kriptovalyuta milyarderləri olub.
Dünyanın ilk kriptovalyuta milyarderləri onlar oldu

Bakı. Trend:

Amerikalı Tayler və Kemeron Uinklvoss ekiz qardaşları dünyanın ilk kriptovalyuta milyarderləri olub.

Trend-in məlumatına görə, ekizlərin 100 min bitkoini var ki, bu, indi 1,17 milyard dollara bərabərdir.

Qeyd olunur ki, qardaşlar ilk kriptovalyutanı 2013-cü ildə bir bitkoinin qiyməti 120 dollar olarkən əldə ediblər.

Hazırda dünyada mövcud olan hər yüz bitkoindən biri Uinklvoss qardaşlarına məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti