Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan alman və fələstinli həmkarları ilə Qüds məsələsini müzakirə edib.
Bu barədə trend türk KİV-lərinə istinadən xəbər verir.
Ərdoğanla Ştaynmayer və Abbasın telefon danışığı BMT Baş Assambleyasının səsverməsinin nəticələrinə dair baş tutub.
Qeyd edək ki, daha öncə BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib. Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.