...

Türkiyədə daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edilib

Dünya xəbərləri Materials 24 Dekabr 2017 18:33 (UTC +04:00)
Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində hərbi çevriliş cəhdi ilə əlaqəsi olan daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edən qərar qəbul edib
Türkiyədə daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edilib

Bakı. Trend:

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində hərbi çevriliş cəhdi ilə əlaqəsi olan daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edən qərar qəbul edib.

Trend-in məlumatına görə, Türkiyə Hərbi Qüvvələrindən 637 nəfər, o cümləən quru qoşunlarından 155 nəfər, Hərbi Dəniz Qüvvələrindən 155 nəfər, Hərbi Hava Qüvvələrindən 327 nəfər azad edilib. İşdən azad edilənlər arasında polis, sahil mühafizəsi xidməti, Ədliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, dövlət universitetlərinin, Dini Məsələlər üzrə İdarənin əməkdaşları da var.

Bundan əlavə, 17 ictimai təşkilat, o cümlədən 7 fond bağlanıb.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verdikdən sonra İstanbul polisində F.Gülən tərəfdarlarının olduğu üzə çıxmışdı.

Xəbər lenti

Xəbər lenti