...

XİN: Misir Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir

Dünya xəbərləri Materials 25 Dekabr 2017 11:01 (UTC +04:00)
Misir Türkiyə ilə münasibətlərin normallaşmasının lehinədir.
XİN: Misir Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Misir Türkiyə ilə münasibətlərin normallaşmasının lehinədir.

Trend-in məlumatına görə, bunu Misirin xarici işlər naziri Sameh Şukri deyib.

O qeyd edib ki, iki ölkənin xalqlarını bir çox ümumi dəyərlər birləşdirir: "Misir Türkiyə ilə münasibətləri bərpa etməyə hazırdır".

Nazirin sözlərinə görə, hazırda Türkiyə-Misir münasibətlərində xüsusi gərginlik müşahidə olunmur.

Xatırladaq ki, 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra Ankara ilə Qahirə arasında münasibətlər pozulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti