Bakı. Trend:
Əfqanıstanın Fərəh əyalətinin yaxınlığında "Taliban" üzvləri 20 nəfəri girov götürüb.
Trend-in "İnterfaksa" istinadən verdiyi məlumata görə, Fərəh əyalətinin regional şurasının üzvü Dadulla Kane bildirib ki, silahlılar Fərəh-Kabil avtomobil yolunda bir neçə avtomobili saxlayıb 20 sərnişini girov götürüblər.
Əyalətinin güc strukturları hələlik bu məlumatı şərh etməyiblər.