...

Ərdoğan: ABŞ Türkiyənin "səbr kasası"nı daşırır

Dünya xəbərləri Materials 11 Yanvar 2018 16:25 (UTC +04:00)
YPG və PYD terror təşkilatlarını silahlandırmaqla ABŞ Türkiyənin səbrini sınayır
Ərdoğan: ABŞ Türkiyənin "səbr kasası"nı daşırır

Bakı. Rufiz Hafizoğlu - Trend:

YPG və PYD terror təşkilatlarını silahlandırmaqla ABŞ Türkiyənin səbrini sınağa çəkir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə öz sərhədləri yaxınlığında baş verən hadisələri sonadək səssizcə izləyəcək bir ölkə deyil.

Onun sözlərinə görə, Türkiyə Suriyada YPG və PYD terror təşkilatlarına qarşı hərbi əməliyyatları genişləndirmək gücünə və hüququna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti