...

Kanadada 10 minə yaxın insan işıqsız qalıb

Dünya xəbərləri Materials 13 Yanvar 2018 23:16 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Nyu-Braunsuik əyalətində 10 minə yaxın insan elektriksiz qalıb.

Trend-in məlumatına görə, insanların elektriksiz qalmasına səbəb leysan yağışları səbəb olub. Hazırda "NB Power" şirkətinin mütəxəssisləri elektrik təchizatını bərpa etməyə çalışır, lakin hava şəraiti təmir işlərinin aparılmasını çətinləşdirir.

Yerli təcili xidmətlər xəbərdarlıq edir ki, regionda güclü qarla yağış gözlənilir. Əyalətin ayrı-ayrı rayonlarında daşqınların mümkünlüyü barədə xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti