...

Roma papasını aparan avtomobilin təkəri deşildi

Dünya xəbərləri Materials 20 Yanvar 2018 17:35 (UTC +04:00)
Roma Papası I Fransiskin Cənub Amerika səfəri davam edir.
Roma papasını aparan avtomobilin təkəri deşildi

Bakı. Orxan Nəbiyev - Trend:

Roma Papası I Fransiskin Cənub Amerika səfəri davam edir.

Trend-in məlumatına görə, ötən gün Papanın Peruya səfəri başlayıb.

Səfərin ilk günündə Roma papası paytaxt Limada Prezident sarayına gedib.

Saraya 3-4 kilometrlik məsafədə Fransiski aparan avtomobilin təkəri deşilib. Papanın Prezident sarayına çatdırılması üçün onun avtomobili qısa müddət ərzində dəyişdirilib.

Roma papası Limada görüşlər keçirdikdən sonra Truxilyo şəhərinə gedib. O, burada ötən il sürüşmə və daşqınlardan əziyyət çəkmiş hindu sakinlərlə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti