Bakı. Trend:
Kiribati və Yeni Zelandiya xilasetmə xidmətləri Sakit okeanda itkin düşmüş bərənin axtarışını aparırlar.
Trend-in məlumatına görə, bərənin göyərtəsində 50 nəfər olub.
Qeyd edək ki, bərə dekabrın 18-də Nonouti adasının limanından çıxıb və dekabrın 20-də Kiribatinin paytaxtı Cənubi Taravaya gəlməli idi. Lakin bərə təyin olunmuş vaxtda gəlib çıxmayıb. Bərə ilə əlaqə kəsildiyinə görə, axtarışlar başlanılıb.