...

Kabildə partlayışda ölənlərin sayı 95-ə çatıb, daha 158 nəfər yaralanıb (YENİLƏNİB 3)

Dünya xəbərləri Materials 27 Yanvar 2018 18:23 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabil bu gün baş verən partlayışın qurbanlarının sayı 95-ə çatıb.
Kabildə partlayışda ölənlərin sayı 95-ə çatıb, daha 158 nəfər yaralanıb (YENİLƏNİB 3)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabil bu gün baş verən partlayışın qurbanlarının sayı 95-ə çatıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində daha 158 nəfər xəsarət alıb. Daha öncə 63 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilirdi.

Partlayışa görə, məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.

X X X

17:07

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 63 nəfərə çatıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 151 nəfər yaralanıb. Terror aktını təşkil etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Partlayışa görə, məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.

X X X

13:23

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib.

Partlayışın gücündən bir neçə binada pəncərə şüşələri sınıb. Məlumata görə, 10 nəfər ölüb, 79 nəfər yaralanıb. Partlayışı bomba qoyulmuş avtomobildə terrorçu-kamikadze törədib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti