Bakı. Trend:
Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində iki türk hərbçisi həlak olub.
Trend-in türk KİV-lərinə istiandən verdiyi məlumata əsasən, Baş Qərargah əməliyyatda daha 5 hərbçinin yaralandığını da bildirib.
"Həlak olan şəhidlərin ailələri və yaxınlarına baş sağlığı verir, yaralanan qəhraman silah dostlarımızın tezliklə sağalmasını arzulayırıq", - deyə qərargahın yaydığı bəyanatda bildirilir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.